“İnter” Tofiq Bəhramov adına Respublika stadionundan imtina edib
23.05.2008 - 13:09
“İnter” Tofiq Bəhramov adına Respublika stadionundan imtina edib
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu sabah Azərbaycan kubokunun finalında “Xəzər-Lənkəran”la görüşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxmaqdan imtina edib. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt komandasının çalışdırıcısı Valentin Xodukin mərkəzi arenada hazırlaşmağı məqsədəuyğun saymayıb. Bunu qazonla əlaqələndirən ukraynalı mütəxəssis “Şəfa” stadionunun süni örtüklü meydançasına üstünlük verib. Final matçının saat 18:00-da başlandığını nəzərə alan V.Xodukin məşqlərin vaxtını günü ikinci yarısına keçirib. O, Respublika stadionunun təbii ot örtüyünə uyğunlaşmağa ehtiyac görmür. “Xəzər-Lənkəran” isə oyuna Respublika stadionunda hazırlaşır. Rəqib komandanın baş məşqçisi Ağasəlim Mircavadovun qayğısı zədəlilərin çoxluğudur. Belə ki, V.Xodukin yalnız litvalı yarımmüdafiəçi Tomas Rajanauskasın xidmətin məhrum olubsa, A.Mircavadov Kamran Ağayev, Emin Quliyev, Ruslan Poladov, Nadir Nəbiyev və braziliyalı Mario Souzanı finalda oynada bilməyəcək. Bu futbolçular üçün mövsüm artıq başa çatıb.
0