[b]Məmmədyarov qazandı, Səfərli və Hüseynov “100-lüy”ə qayıtdı[/b]
01.04.2018 - 18:00
[b]Məmmədyarov qazandı, Səfərli və Hüseynov “100-lüy”ə qayıtdı[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprel üçün müəyyənləşən siyahı Azərbaycan üçün uğurlu alınıb.

 

Yığmamızın lideri Şəhriyar Məmmədyarov norveçli Maqnus Karlseni izləməkdə davam edir. Belə ki, qrossmeysterimiz 5 xal qazanıb və 2-ci pillədəki yerini qoruyub. Onun aktivində 2814 xalı var. Məmmədyarov birinci yerdə olan Karlsendən cəmi 29 xal geri qalır. İlk “üçlüy”ü 2804 reytinq xalına malik Fabiano Karuana (ABŞ) qapayır.

 

Siyahıda mövqeyini qoruyan Teymur Rəcəbov 18-ci (2748), hərəyə 1 pillə irəliləyən Rauf Məmmədov 38-ci (2704) və Arkadi Naydiç 44-cü (2701) pillədə yer alıb.  

 

“Top-100”ə daha iki şahmatçımız daxil olub. Qədir Hüseynov 2654 xalla 96-cı, Eltac Səfərli 2653 xalla 100-cüdü. Qədir 8, Eltac 10 aydan sonra “100-lüy”ə qayıdıb.

 

Qadınların “Top-100”ünə isə yığmamızın 2 üzvü düşüb. Günay Məmmədzadə (2392) 1 addım geriləyib və 71-ci sırada qərarlaşıb. 2 pillə geriləyən Ülviyyə Fətəliyeva (2361) 100-cüdü. Millimizin digər üzvü Gülnar Məmmədova isə “100-lük”dən kənar düşüb. Bu siyahıda 2657 xalla çinli Yifan Hou birincidi.

 

0