[b]Yığmamızın oyunlarının tam TƏQVİMİ – hamısı eyni saatda[/b]
02.04.2018 - 11:41
[b]Yığmamızın oyunlarının tam TƏQVİMİ – hamısı eyni saatda[/b]

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının bütün oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi də görüşlərinin günü müəyyənləşib.

 

Belə ki, Faiq Qarayevin yetirmələri ev oyunlarını Bakıda İdman Oyunları Sarayında keçirəcək və bütün matçlar saat 18:00-da başlayacaq. Voleybolçularımız Ukrayna və Bolqarıstanla qarşılaşmalara da eyni saatda çıxacaq. Yalnız Portuqaliya Voleybol Federasiyası günləri dəqiqləşdirsə də, saatı hələlik açıqlamayıb. Daha doğrusu, onlar bütün ev oyunlarını yerli vaxtla 00:00-da, Bakı vaxtı ilə saat 03:00-da keçirəcəklərini göstəriblər ki, bu da inandırıcı deyil.

 

 

I tur

19 may

18:00. Bolqarıstan – Portuqaliya

Sofiya, Xristo Botev Sarayı

 

18:00. Azərbaycan – Ukrayna

Bakı, İdman Oyunları Sarayı

 

II tur

23 may

19:30. Bolqarıstan – Ukrayna

Sofiya, Xristo Botev Sarayı

 

18:00. Azərbaycan – Portuqaliya

Bakı, İdman Oyunları Sarayı

 

III tur

26 may

18:00. Bolqarıstan – Azərbaycan

Sofiya, Xristo Botev Sarayı

 

27 may

Portuqaliya – Ukrayna

Povua-di-Varzin, İdman Sarayı

 

IV tur

30 may

18:00. Azərbaycan – Bolqarıstan

Bakı, İdman Oyunları Sarayı

 

18:00. Ukrayna – Portuqaliya

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

 

V tur

2 iyun

19:00. Ukrayna – Bolqarıstan

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

 

Portuqaliya – Azərbaycan

Matozinyuş, İdman və Konqres Mərkəzi

 

VI tur

6 iyun

18:00. Ukrayna – Azərbaycan

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

 

Portuqaliya – Bolqarıstan

Matozinyuş, İdman və Konqres Mərkəzi

 

 

 

 

0