İsgəndər Cavadov Regional Futbol Federasiyaları Assosiasiyasının prezidenti olacaq
23.05.2008 - 17:12
İsgəndər Cavadov Regional Futbol Federasiyaları Assosiasiyasının prezidenti olacaq
İ.Cavadov bildirib ki, indiyədək mövcud olan 8 regional quruma yenisi əlavə ediləcək. Belə ki, ölkəmizin ikinci ən böyük şəhərində Gəncə Futbol Federasiyasının yaradılması haqda məsələ müzakirəyə çıxarılacaq. Həmçinin, Regional Futbol Federasiyaları Assosiasiyasının (RFFA) yaradılacağı gözlənilir: “AFFA rəhbərliyi bütün regional qurumların vahid mərkəzdə birləşməsini istəyir. Bu məqsədlə Regional Futbol Federasiyaları Assosiasiyası yaradılacaq və AFFA-nın birbaşa üzvü olacaq”. RFFA prezidenti vəzifəsinə isə İ.Cavadovun özü seçilə bilər: “Bu vəzifə mənə təklif olunub. Hələlik konkret cavab verməmişəm. AFFA rəhbərliyi 29-30 mayda Avstraliyanın Sidney şəhərində keçiriləcək FİFA-nın Konresinə qatılacaq. Konqresdən qayıtdıqdan sonra Regional Futbol Federasiyalarının toplantısının tarixi və digər məsələlərə aydınlıq gələcək”.
Qeyd edək ki, hazırda Bakı, Şimal, Qərb, Mərkəz, Naxçıvan, Qarabağ, Cənub və Şimal-Qərb regional federasiyaları fəaliyyət göstərir.
0