[b]Millimizin hücumçusu “0:3”ü ehtiyatda izlədi[/b]
02.04.2018 - 20:28
[b]Millimizin hücumçusu “0:3”ü ehtiyatda izlədi[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Yelizaveta Səmədovanın çıxış etdiyi “Skandiççi” də mərhələ çərçivəsində ilk matçını keçirib.

 

Sözügedən komanda “Konelyano”nu qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

A seriyasında hələlik 1 matçda meydana çıxan Səmədova bu dəfə də ehtiyatda qalıb.

 

Qeyd edək ki, “Skandiççi” normal mövsümü ikinci pillədə başa vurub.

 

0