[b]Son dövrənin başlama vaxtı açıqlandı[/b]
03.04.2018 - 10:01
[b]Son dövrənin başlama vaxtı açıqlandı[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV dövrəsinin start götürəcəyi vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, X turun matçları aprelin 5-də keçiriləcək.

 

Voleybol Mərkəzində təşkil olunacaq oyunlarda öncə meydana “Abşeron”la “Lokomotiv” çıxacaq. Matç saat 15:00-da başlayacaq. Tura AVF – “Azərreyl” qarşılaşması ilə yekun vurulacaq. Görüşün start fiti saat 17:00-da veriləcək.

0