Ramiz Məmmədov Yuri Qavrilovun yubiley turnirində çıxış edib
23.05.2008 - 18:13
Ramiz Məmmədov Yuri Qavrilovun yubiley turnirində çıxış edib
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanlı veteran futbolçu Ramiz Məmmədov Rusiyanın «Spartak» klubunun sabiq üzvü Yuri Qavrilovun 55-ci ildönümü münasibətilə Türkiyədə keçirilən yoldaşlıq görüşünə qatılıb. «APA-Sport» agentliyinin məlumatına görə, R.Məmmədov «Spartak»ın veteranlardan ibarət komandasının heyətində çıxış edib. O, Y.Qavrilovun yubiley turnirində iştirak etmiş 28 komandanın aparıcı oyunçularından təşkil edilən kollektivə qarşı mübarizə aparıb. Görüş «Spartak» veteranlarının qələbəsi ilə başa çatıb. Toplardan ikisini yubilyarın özü, qalanlarını isə Mühsin Mühəmədiyev və Fyodr Çerenkov vurub.
Qeyd edək ki, Y.Qavrilovun 55 yaşı iyunun 3-də Bakıda tamam olub. Həmin gün o, Moskva veteranlarının heyətində «Şəfa» stadionunda «Neftçi» veteranlarına qarşı çıxış edib. 4:4 hesabı ilə başa çatan matçdan öncə rusiyalı futbolçuya xüsusi mükafat verilib.
0