Uli Ştayn: “Azərbaycana getməyimi səbirsizliklə gözləyirəm”
23.05.2008 - 18:21
Uli Ştayn: “Azərbaycana getməyimi səbirsizliklə gözləyirəm”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “İndiyədək Almaniyadan təklif almamağıma təəssüflənirəm. İndi ilk dəfə Azərbaycana gedirəm ki, bu da məni çox sevindirir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun köməkçisi Uli Ştayn deyib. O, vətənində verdiyi müsahibədə Azərbaycana gəlməsi mümkün olmayan mütəxəssisin adını açıqlayıb: “Foqtsun köməkçisi olmağa birinci namizəd Erik Rutemüller idi. Lakin onun Almaniya Futbol İttifaqı ilə müqaviləsi olduğundan Azərbaycan yığmasında çalışması alınmadı. Bu səbəbdən mənim üçün iki iş - həm birinci köməkçi, həm də qapıçılarla çalışmaq variantı ortaya çıxdı. Berti həmişə mümkün qədər çox sayda çalışdırıcının yanında olmasını istədiyindən mənim iki vəzifəni icra etməyimə ehtiyac yaranmadı. Həm də Azərbaycanı tanımadığımdan birdən-birə iki vəzifədə işləmək çətin olardı”. Mayın 28-də Bakıya gələcək U.Ştayn bildirib ki, Azərbaycan haqda məlumatı azdır. O hətta deyib ki, Azərbaycan yığmasının iyunun 1-də Bosniya və Herseqovina ilə görüşəcəyindən xəbərsizdir: “Azərbaycan haqda yalnız Foqtsdan eşitmişəm. İyunun 4-də Andorra ilə qarşılaşacağıq. Çox şey yerli funksionerlərdən asılıdır. Nigeriyada bizə çalışmağa imkan vermədilər. Foqtsun dediklərinə görə, Azərbaycanda vəziyyət fərqlidir. Düzdür, məhsuldar iş üçün nigeriyalı futbolçuların səviyyəsinin yüksək olması daha yaxşı idi”.
0