Mahsun Kırmızıgül Azərbaycan kubokunun final görüşünü izləmək üçün Bakıya gəlib
23.05.2008 - 18:35
Mahsun Kırmızıgül Azərbaycan kubokunun final görüşünü izləmək üçün Bakıya gəlib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan kuboku uğrunda “Xəzər-Lənkəran” və “İnter” arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final matçını Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül də izləyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, türkiyəli sənətçi bu məqsədlə Azərbaycana səfər edib. O, “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimovla birgə bu gün Bakıya gəlib. “Palmali” Şirkətlər Qrupuna rəhbərlik edən azərbaycanlı iş adamı ilə dostluq edən M.Kırmızıgül lənkəranlıların qələbəsinə inandığını bildirib: “Bakıya yalnız final matçını seyr etmək üçün gəlmişəm. Azarkeşləri stadiona dəvət edirəm. Əminəm ki, kubok “Xəzər-Lənkəran”da qalacaq”.
Qeyd edək ki, M.Kırmızıgül əvvəllər də “Xəzər-Lənkəran”ın oyunu izləmək məqsədilə bir neçə dəfə ölkəmizə səfər edib.


0