[b]Liderlər sensasiyaya imkan vermədi - YENİLƏNİB[/b]
05.04.2018 - 18:13
[b]Liderlər sensasiyaya imkan vermədi - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrənin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, X turun hər 2 qarşılaşması Voleybol Mərkəzində təşkil olunub.

 

Tura “Lokomotiv” – “Abşeron” qarşılaşması ilə start verilib. İlk 3 dövrədə nəinki xal, set belə qazana bilməyən “dəmiryolçular”ın rəqiblərinə ciddi müqavimət göstərməsi inandırıcı deyildi. Gözlənildiyi kimi, rahat qələbə qazanan “Abşeron” növbəti 3 xal sayəsində gümüş medalı özü üçün təmin edib.

 

Günün ikinci görüşündə AVF artıq çempionluğunu rəsmiləşdirən “Azərreyl”lə üz-üzə gəlib. Məğlubiyyətsiz irəliləyən “dəmiryolçular” yenə büdrəməyib. AVF isə məğlubiyyətlə gümüş medal şansını əldən verib.

 

 

Super Liqa

5 aprel

X tur

 

AVF – “Azərreyl” - 0:3 (10:25, 19:25, 24:26)

I dövrə: “Azərreyl” - AVF - 3:0 (25:23, 25:19, 25:13)

II dövrə: AVF – “Azərreyl” - 0:3 (19:25, 22:25, 17:25)

III dövrə: “Azərreyl” – AVF - 3:1 (25:21, 21:25, 25:16, 25:21)

 

“Lokomotiv” – “Abşeron” - 0:3 (15:25, 11:25, 15:25)

I dövrə: “Lokomotiv” – “Abşeron” - 0:3 (21:25, 17:25, 19:25)

II dövrə: “Abşeron” – “Lokomotiv” – 3:0 (25:22, 25:19, 25:13)

III dövrə: “Abşeron” – “Lokomotiv” - 3:0 (25:11, 25:10, 25:17)

 

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

10

10

0

30-3

820-607

30

2

Abşeron

10

6

4

22-12

768-667

19

3

AVF

10

4

6

13-20

681-728

11

4

Lokomotiv

10

0

10

0-30

489-756

0

 

 

0