Azərbaycanlı iş adamı Mübariz Mənsimovu ölümlə hədələyən şəxs polisə təslim olub
24.05.2008 - 13:38
Azərbaycanlı iş adamı Mübariz Mənsimovu ölümlə hədələyən şəxs polisə təslim olub
APA-nın məlumatına görə, V. Kadayıfçıoğlu prokurorluqda ifadə verəndən sonra sərbəst buraxılıb. Ondan başqa, bu iş üzrə saxlanılan “Planet Ajans” şirkətinin sahibi Müzeyyen Öztürk, “Fox” televiziya kanalının mədəniyyət müxbiri Halit Aydıngöz və digərləri də azad edilib.
Qeyd edək ki, ötən ilin dekabrında M. Qurbanoğlunun keçmiş maneken Dəniz Akkaya ilə yaxın münasibətləri olduğu barədə xəbərlər yayılıb. Bundan sonra D. Akkayanın keçmiş sevgilisi sonuncu Azərbaycan çempionu “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun prezidenti M. Qurbanoğlunu ölümlə təhdid edib. Nəticədə azərbaycanlı biznesmen prokurorluğa müraciət edib. Şikayətdən sonra İstanbul polisi 4 ay müddətində telefonları dinləyib və əməliyyat keçirib. Həmin vaxt V. Kadayıfçıoğlu qaçmağı bacarsa da, M. Öztürk, H. Aydıngöz və daha 3 nəfər saxlanılıb.
0