[b]Hidayət Heydərovdan bürünc medal - YENİLƏNİB[/b]
07.04.2018 - 17:35
[b]Hidayət Heydərovdan bürünc medal - YENİLƏNİB[/b]

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinin 2-ci günü Azərbaycan millisi üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin yalnız bir üzvü tatami üzərinə çıxıb.

 

Hidayət Heydərov mükafatlar uğrunda mübarizə aparıb və fəxri kürsüyə yüksəlməyi bacarıb. 73 kq çəki dərəcəsində çıxış edən Hidayət yarışı bürünc medalla başa vurub.

 

İlk mərhələdən azad olan təmsilçimiz 1/16 finalda avstriyalı Lukas Reyterə, 1/8 finalda isə rusiyalı Feliks Qaluayevə də qalib gəlib. 1/4 finalda iranlı Məhəmməd Məhəmmədini də məğlub edən təmsilçimiz yarımfinala vəsiqə qazanıb.

 

İdmançımız yarımfinalda cənubi koreyalı Çanqrim Ana uduzduğu üçün bürünc uğrunda mübarizə aparıb. O, monteneqrolu Nikola Qusiçə qalib gəlib və 3-cü yerə sahib çıxıb.

 

Qeyd edək ki, yığmamız Qran-priyə 10 idmançı ilə yollanıb. İlk yarış günündə 5 cüdoçumuz uğursuzluqla üzləşib.

 

0