Taekvondoçumuz Olimpiadaya vəsiqə qazandı

Tunisdə təşkil olunan taekvondo üzrə lisenziya turnirinə bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, Hammamet şəhərində iki gün davam edən turnirdə iştirak edən Olimpiya yığmamız ölkəmizə növbəti lisenziyanı qazandırıb.

 

Belə ki, Argentinada baş tutcaq gənclərin Olimpiyadasına 44 kq şəki dərəcəsində mübarizə aparan xanım taekvondoçumuz, yeniyetmələr arasında I dünya birinciliyinin gümüş mükafatçısı (2014), klublararası avropa çempionatının bürünc (2015), klublararası avropa çempionatında gənclər arasında qızıl medalın sahibi (2018) və müxtəlif turnirlərin mükafatçısı Minayə Əkbərova yollanacaq.

 

Qeyd edək ki, bir gün fasilədən sonra (9 aprel) startı veriləcək dünya birinciliyində baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov Nihat Abbasov (45 kq), Yaşar Məmmədli (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karghara (52 kq) şans verəcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10