Yoahim Löv: “Berti Foqtsun Azərbaycan yığmasını çalışdırması qrupda mübarizəni daha da maraqlı edəcək”
26.05.2008 - 10:14
Yoahim Löv: “Berti Foqtsun Azərbaycan yığmasını çalışdırması qrupda mübarizəni daha da maraqlı edəcək”
Berti Foqtsla 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarında bir qrupda mübarizə aparmağı müsbət qarşılayan Y.Löv Azərbaycan milli komandasını ciddi rəqib hesab etməyib: “Fikrimcə, dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda bizim üçün ən çətin rəqib Rusiya yığmasıdır. Rusiyalıların sürətli, yaxşı texnikaya malik əla oyunçularının olması UEFA kubokunun matçlarına əsasən göz qabağındadır”.
Qeyd edək ki, Azərbaycan milli komandasının Almaniya yığması ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində hər iki görüşü gələn il baş tutacaq.
0