[b]Yığmalarımızın Dünya Kuboku üçün heyəti açıqlandı[/b]
09.04.2018 - 16:30
[b]Yığmalarımızın Dünya Kuboku üçün heyəti açıqlandı[/b]

Atıcılıq üzrə Azərbaycan millilərinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkəmiz aprelin 20-dən 30-dək Cənubi Koreyanın Çxanvon şəhərində keçiriləcək Dünya Kubokunda 6 snayperlə iştirak edəcək.

 

Belə ki, stend atıcılığı üzrə yığmamızın baş məşqçisi Hafiz Cəfərov yarışda Niyaz Əlizadə, Əli Hüseynli, Emin Cəfərov, Nurlana Cəfərova və Aydan Camalovaya şans verəcək. Güllə atıcılığı üzrə komandamızın baş məşqçisi İradə Aşumova isə Cənubi Koreyada Ruslan Lunyovu sınaqdan keçirəcək.

 

Qeyd edək ki, yarışa 70 ölkədən 875 snayperin qatılması gözlənilir.

0