Azərbaycan çempionu Respublika günündə müəyyənləşəcək
26.05.2008 - 12:15
Azərbaycan çempionu Respublika günündə müəyyənləşəcək
Bu, Bakının “Olimpik” və “İnter” klublarından biri olacaq. Bu komandalar indiyədək nəinki çempion olub, heç avrokuboklarda belə iştirak etməyib. Tarixlərində ilk dəfə medal və qitə miqyaslı turnirə vəsiqə qazanacaq “Olimpik”lə “İnter”dən hansının çempion olacağına Respublika günündə aydınlıq gələcək.
Qızıl medallara daha çox namizəd “Olimpik” üçün tarixində ilk çempionluğa qovuşması üçün “Qarabağ”la görüşdə uduzmaması kifayət edəcək. Belə ki, lider komandanın çalışdırıcısı Əsgər Abdullayev son turda 1 xal əldə etməklə, məşqçilik karyerasında ilk dəfə çempionluğu qazanacaq. “Qarabağ”ın qələbə qazanacağı təqdirdə isə çempionun adını öyrənmək üçün saat 21:45-dək gözləmək lazım gələcək. Liderin oyunundan iki saat sonra “Şəfa” stadionuna çıxacaq “İnter” “Qəbələ”ni məğlub etməklə, tarixində ilk çempionluğunu rəsmiləşdirəcək.
Bürünc medalların sahibi isə artıq bəllidir. Belə ki, son turda Bərdənin ABN klubunu qəbul etməli olan “Neftçi” rəqibi oyuna gəlmədiyi üçün texniki qələbə (3:0) alacaq. Bununla da, Azərbaycan kubokuna ardıcıl ikinci il sahib çıxan “Xəzər-Lənkəran” mükafatçılar sırasından kənarda qalacaq. Lənkəranlıların kuboka sahib çıxması ilə “Neftçi”nin İntertotoya vəsiqə qazanması artıq rəsmiləşib.
ABN-dən sonra Premyer Liqanı tərk edəcək ikinci komanda son turun ilk oyun günündə müəyyənləşəcək. Çempionluqdan fərqli, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların matçları eyni vaxtda başlayacaq. İndiyədək bütün milli çempionatların iştirakçısı olan “Turan” “Bakı” ilə səfər matçında 1 xal əldə etməklə, ardıcıl 17-ci mövsüm güclülər dəstəsində çıxış edəcəyini rəsmiləşdirəcək. Ancaq tovuzlular uduzacağı halda, talelərinə “Standard” – “Gənclərbirliyi” görüşündə qeydə alınan nəticə aydınlıq gətirəcək. “Gənclərbirliyi”nin qalib gəlməsi “Turan”la xallarını bərabərləşdirməsi deməkdir ki, belə olan halda, sumqayıtlılar qələbə sayı ilə Premyer Liqada qalmağa imkan verən 14-cü pilləyə sahib çıxacaq.

27 may

“Masallı” – “Karvan”

Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00
İlk dövrədəki oyun – 1:0

“Standard” – “Gənclərbirliyi”
Bakı. “Şəfa” stadionu. Saat 17:00
İlk dövrədəki oyun – 5:1

“Bakı” – “Turan”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00
İlk dövrədəki oyun – 2:0

28 may

“Simurq” – “Xəzər-Lənkəran”

Qax. Şəhər stadionu. Saat 17:00
İlk dövrədəki oyun – 1:2

“Neftçi” – ABN
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17:00
İlk dövrədəki oyun – 4:0

“Olimpik” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu. Saat 16:00
İlk dövrədəki oyun – 1:0

“İnter” – “Qəbələ”
Bakı. “Şəfa” stadionu. Saat 20:00
İlk dövrədəki oyun – 1:2

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

25

17

7

1

29-6

58

2

İnter

25

17

4

4

51-18

55

3

Neftçi

25

15

7

3

39-18

52

4

Xəzər-Lənkəran

25

14

9

2

43-15

51

5

Qarabağ

25

10

8

7

24-16

38

6

Qəbələ

25

11

3

11

33-32

36

7

Simurq

25

9

8

8

30-24

35

8

Bakı

25

8

10

7

33-24

34

9

Standard

25

7

8

10

33-24

29

10

Masallı

25

7

6

12

26-39

27

11

Karvan

25

6

5

14

22-32

23

12

Turan

25

4

5

16

19-47

17

13

Gənclərbirliyi

25

4

2

19

19-65

14

14

ABN

25

2

6

17

12-53

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 18, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”), Valter Quqlemon (“İnter”) - 11.
0