[b]Yığmamızın hücumçusu Rusiya klubu ilə müqaviləsini uzatdı[/b]
12.04.2018 - 16:37
[b]Yığmamızın hücumçusu Rusiya klubu ilə müqaviləsini uzatdı[/b]

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın gələcək karyerasına aydınlıq gəlib. Apasport.az “championat.com”a istinadən məlumat verir ki, yığmamızın 34 yaşlı hücumçusu karyerasını Rusiyada davam etdirəcək.

 

O, ötən il transfer olunduğu Kazan “Dinamo”su ilə müqaviləni uzadıb. Məmmədova ən azı 2018/2019 mövsümün Tatarıstan klubunda keçirəcək.

 

Qeyd edək ki, “Dinamo” bu il Rusiya Superliqasında finala yüksəlib. Onlar çempionluq üçün Moskva “Dinamo”su ilə qarşılaşacaqlar.

0