[b]Daha öncə beləsi olmamışdı...[/b]
12.04.2018 - 17:00
[b]Daha öncə beləsi olmamışdı...[/b]

Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm çempionata yekun vuruldu. Apasport.az saytının məlumatına görə, “Oklahoma-Siti Tander”in basketbolçusu Rassell Vestbruk ardıcıl ikinci mövsümü tripl-dabl ortalaması ilə tamamlayaraq, bir ilkə imza atıb. Belə ki, NBA tarixində daha öncə oxşar göstəriciyə rast gəlinməyib.

 

“Tander”in “Memfis Qrizzlis”i 137:123 hesabı ilə məğlub etdiyi oyunda 29 dəqiqə meydanda qalan ulduz basketbolçu 6 xal, 20 ribaund və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Bununla da, Vestrbukun müntəzəm çempionatı növbəti dəfə tripl-dabl ortalaması (25,6 xal, 10,1 məhsuldar ötürmə, 10 ribaund) ilə tamamlaması dəqiqləşib.

 

Basketbolçunun üç müxtəlif göstəricidə ikirəqəmli ortalamayla (10 və üzəri) oynaması tripl-dabl adlanır.

0