[b]Fontana tullanmaq prezidentə baha başa gəldi: 230 min avro söz verdi[/b]
12.04.2018 - 17:54
[b]Fontana tullanmaq prezidentə baha başa gəldi: 230 min avro söz verdi[/b]

“Roma” prezidenti Ceyms Pallottanın fontana tullanması ona baha başa gəlib. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, amerikalı biznesmen 450 avro cərimələnib.

 

Pallotta daha sonra Roma merindən üzr istəyib və fontanın bərpası üçün 230 min avro ayırmağa hazır olduğunu bildirib.

 

Xatırladaq ki, Ceyms Pallotta “Barselona” üzərindəki 3:0 hesablı qələbəni Romanın məşhur Pyatsa-del-Poppolo meydanındakı fontana tullanaraq, azarkeşlərlə birgə qeyd etmişdi.

 

0