NHL: Konfrans liderləri pley-offa qələbə ilə başladılar

Milli Xokkey Liqasında (NHL) pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, hesabat turunda 5 görüş keçirilib.

 

Şərq konfransında müntəzəm çempionatı lider kimi bitirən “Tampa-Bey Laytninq” “Nyu-Cersi Devilz”i, ikinci “Boston Bryuinz” “Toronto Meypl Lifs”i məğlub edib. Gecənin sürprizi isə Vaşinqtonda qeydə alınıb. Yerli “Kepitalz” overtayma gedən matçda “Kolambus Blu Cekets”lə bacarmayıb.

 

Qərb konfransında ilk pillədən pley-offa vəsiqə qazanan “Neşvill Predatorz” “Kolorado Evelanş”a qalib gəlib, “Anahaym Daks” isə doğma meydanda “San-Xose Şarks”a uduzub.

 

Şərq konfransı

 

“Boston Bryuinz” – “Toronto Meypl Lifs” – 5:1

Seriyada hesab: 1:0

 

“Tampa-Bey Laytninq” – “Nyu-Cersi Devilz” – 5:2

Seriyada hesab: 1:0

 

“Vaşinqton Kepitalz” – “Kolambus Blu Cekets” – 3:4 (overtaym)

Seriyada hesab: 0:1

 

Qərb konfransı

 

“Neşvill Predatorz” “Kolorado Evelanş” – 5:2

Seriyada hesab: 1:0

 

“Anahaym Daks” – “San-Xose Şarks” – 0:3

Seriyada hesab: 0:1

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10