NBA: “Nyu-York” məşqçisinin fəaliyyətinə son verdi

NBA klublarından “Nyu-York Niks” baş məşqçi Ceff Hornaseklə yollarını ayırıb. Apasport.az xəbər verir ki, Nyu-York təmsilçisinin rəsmi saytında bu barədə açıqlama yer alıb.

 

Açıqlamada klub prezidenti Stiv Millzin sözlərinə də yer verilib. Millz 54 yaşlı mütəxəssisə fəaliyyət müddəti ərzində etdiklərinə görə təşəkkür edib.

 

“Niks”in 28-ci baş məşqçisi kimi tarixə düşən Hornasek 2016-cı ildə klubun başına keçmişdi. Onun rəhbərliyi altında “Nyu-York” oynadığı 164 oyunun 60-dan qalib ayrılmışdı.

 

Xatırladaq ki, NBA-da müntəzəm çempionatı 29 qələbə ilə tamamlayan “Nyu-York Niks” Şərq konfransında 11-ci olaraq, pley-offdan kənar qalmışdı.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10