[b]“Neftçi”dən mətbuata qadağa[/b]
13.04.2018 - 17:22
[b]“Neftçi”dən mətbuata qadağa[/b]

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında “Qəbələ” üzərində səfər qələbəsi qazanan “Neftçi”də qadağa qoyulub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tərlan Əhmədov yenidən oyunçuların mətbuata danışmasına icazə vermir.

 

Bu, gələn həftə 8-ci km qəsəbə stadionunda keçiriləcək cavab görüşünə qədər qüvvədə qalacaq. Əhmədov bu addımı yetirmələrinin cavab görüşünə daha yaxşı motivasiya olunması üçün atıb.

 

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı aprelin 18-də keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

0