[b]Şeydayev qələbə qolu ilə qayıtdı - YENİLƏNİB[/b]
14.04.2018 - 17:52
[b]Şeydayev qələbə qolu ilə qayıtdı - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XXIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə yalnız bir qarşılaşma keçirilib.

 

Günün yeganə matçı Gəncədə baş tutub. Çempionatın lideri “Qarabağ” səfərdə “Kəpəz”lə görüşüb.

 

Son 14 matçda uduzmayan Qurban Qurbanovun yetirmələri bu dəfə də uğurlu seriyasını davam etdirib. “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Belə ki, matçın 23-cü dəqiqəsində Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Bu, onun Topaz Premyer Liqasında ilk qolu olub.

 

Qeyd edək ki, sabah “Sumqayıt” “Keşlə”, “Zirə” “Neftçi”, “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

 

 

Topaz Premyer Liqası

XXIII tur

14 aprel (şənbə)

“Kəpəz” – “Qarabağ” - 0:1

Qol: Ramil Şeydayev, 23

 

Mövsümün əvvəlki oyunları: 0:2, 0:2, 0:1
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu

 

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Federiko, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 16. Quili Mandqaladze, 10. Tural Rzayev, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 9. İlkin Sadıqov, 6. Ceyhun Cavadov, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 11. Kamran Abdullazadə, 48. Dieqo Souza
Baş məşqçi: Yunis Hüseynov

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana,
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 17. Elçin Rəhimli, 19. Famil Camalov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak
Baş məşqçi: Qurban Qurbanov

 

 

1.

Qarabağ

23

17

5

1

33-8

56

2.

Qəbələ

22

12

5

5

36-22

41

3.

Sumqayıt

22

10

6

6

29-24

36

4.

Zirə

22

9

8

5

29-21

35

5.

Neftçi

22

9

4

9

28-24

31

6

Səbail

22

5

3

14

14-31

18

7.

Keşlə

22

4

6

12

19-34

18

8.

Kəpəz

23

3

3

17

14-38

12

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12

 

0