[b]“Real” – “Bavariya”: Kimdir güclü?[/b]
13.04.2018 - 21:52
[b]“Real” – “Bavariya”: Kimdir güclü?[/b]

Çempionlar Liqasının yarımfinal mərhələsinin bugünkü püşkü iki Avropa nəhəngi “Real”la “Bavariya”nı üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, bu klublar indiyədək avrokuboklarda 24 dəfə üz-üzə gəliblər.

 

Yarımfinaldakı matçlarla öz aralarındakı oyun sayını 26-ya çatdıracaq cütlük bu göstəricidə avrokubokların yeni rekordunu müəyyənləşdirəcək. Əvvəlki qarşılaşmalarda barışmaz rəqib təsiri bağışlayan komandalar cəmi 2 heç-heçə edibsə, eyni sayda  - 11 dəfə fə qələbə qazanıblar. 73 qolun vurulduğu matçlarda “Real” cüzi üstünlüyə malikdi. İspaniyalılar 37, Almaniya təmsilçisi 36 dəfə fərqlənib.

 

Madrid klubu buna son matçlarda nail olub. Belə ki, son 5 qarşılaşmada qalib gələn “Real” qələbə sayında rəqibinə çatıb və bu müddətdəki top fərqi sayəsində (13:4) ümumi balansı lehinə dəyişib.

 

“Bavariya”nın qənimi isə Kriştianu Ronaldodu. O, son 3 görüşdə 7, ümumilikdə isə 6 matçda 9 dəfə münhenliləri məyus edib.

 

Bu 24 qarşılaşma üçün komandaların yolları 12 dəfə kəsişib. Bir dəfə eyni qrupa düşən rəqiblərin digər 11 duelində 6 dəfə “Real”, 5 dəfə “Bavariya” mərhələ adlayıb.

0