[b]Avropa Liqasında görünməmiş start[/b]
13.04.2018 - 22:30
[b]Avropa Liqasında görünməmiş start[/b]

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Marsel” (Fransa) – “Leypsiq” (Almaniya) matçı yarışın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, görüş məhsuldar startı ilə diqqət çəkib.

 

İlk 9 dəqiqədə komandalar 3 qol vurub ki, bu da Avropa Liqası üçün görünməmiş göstəricidi. Brumanın 2-ci dəqiqədəki qolu ilə önə keçən qonaqlar 6-cı dəqiqədə İlsankerin avtoqoluna, 3 dəqiqə sonra Sarrın fərqlənməsinə üzülüb.

 

Qeyd edək ki, Fransa klubu 5:2 hesabı ilə qalib gəlib və mərhələ adlayıb.

0