[b]“Klub rəhbərliyi düzgün seçim edib” – Yupp Haynkes[/b]
13.04.2018 - 23:34
[b]“Klub rəhbərliyi düzgün seçim edib” – Yupp Haynkes[/b]

“Niko Kovaç “Ayntraxt”da çox sayda, müxtəlif millətlərdən olan futbolçularla çalışır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Yupp Haynkes deyib.

 

Cari mövsümün ardından fəaliyyətini başa vuracaq təcrübəli mütəxəssis onu postunda əvəzləyəcək Niko Kovaç haqda fikirlərini açıqlayıb: “O, Frankfurt klubundakı işinə mükəmməl yerinə yetirir. Bu üzdən də Kovaç “Bavariya”nın baş məşqçisi olacaq. Bu mütəxəssis məndə çox yaxşı təəssürat yaradıb. İlk növbədə çalışqanlığı diqqət çəkir. Niko novatordu. O, futbolu sevən və futbolçularla münasibəti yaxşı olan məşqçidi. “Bavariya” rəhbərliyi düzgün seçim edib”.

0