[b]DÇ-2026: Cənubi Amerikadan şimallılara dəstək[/b]
14.04.2018 - 00:27
[b]DÇ-2026: Cənubi Amerikadan şimallılara dəstək[/b]

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) Kanada, ABŞ və Meksikanın DÇ-2026-ya ev sahibliyi ilə bağlı birgə müraciətini dəstəkləyir. Apasport.az saytının məlumatına görə, ilk dəfə 48 komandanın qatılacağı final mərhələsinin okeanin o tayinda keçirilməsini həm cənubi, həm şimali amerikalıların istəyir.

 

Bunu yarışın keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi açıqlayıb. Digər milli assosiasiyalarla dəstəklə bağlı danışıqların aparıldığı da bildirilir.

 

KONMEBOL-un şimallılara dəstəyi olunla bağlıdı ki, DÇ-2030-a da cənublular iddia edir. Belə ki, Argentina, Uruqvay və Paraqvay mundiala ev sahibliyi etmək niyyətindədi.

 

Qeyd edək ki, ABŞ, Kanada və Meksika “üçlüy”ünün yeganə rəqibi Mərakeşdi. Mundialın meydan sahibi bu il iyunun 13-də müəyyənləşəcək.

0