[b]37 ildən sonra[/b]
14.04.2018 - 01:47
[b]37 ildən sonra[/b]

Çempionlar Liqasının yarımfinalında 4 ölkə təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, bunlar İspaniya, İngiltərə, Almaniya və Fransadı.

 

Bu 4 ölkənin qitənin ən nüfuzlu klub turnirinin yarımfinalında mübarizə aparmasına sonuncu dəfə 1980/81 mövsümündə təsadüf olunub. Həmin vaxt yarımfinalda İspaniyanı “Real”, Almaniyanı “Bavariya”, İngiltərəni “Liverpul”, İtaliyanı “İnter” təmsil edib. Hələ Çempionlar kuboku adlanan yarışın qalibi adını isə “Liverpul” qazanıb.

 

37 ildən sonra eyni ölkələri təmsil edən 4 komandadan üçü həmin klublardı. Yalnız İtaliyada “İnter”i “Roma” əvəz edirsə, “Real”, “Bavariya” və “Liverpul” yenidən kubok üçün mübarizə aparır.

0