[b]Azərbaycan yenə Avropa çempionatından kənar qaldı[/b]
14.04.2018 - 13:17
[b]Azərbaycan yenə Avropa çempionatından kənar qaldı[/b]

Kişi həndbolçular arasında Avro-2020-nin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveç, Avstriya və Norveçin qəbul edəcəyi yarışın təsnifat mərhələsində 32 yığma mübarizə aparacaq.

 

Bu komandalar hərəsində 4 milli olmaqla, 8 qrupa bölünüb. Oktyabrda başlayacaq oyunlardan sonra qrupda ilk 2 yeri tutanlar və ən yaxşı nəticəyə malik 3-cü yerin 4 sahibi final mərhələsinə adlayacaq. Burda onları son çempion İspaniya və 3 ev sahibi gözləyir.

 

Təəssüf ki, 2006-cı ildən Avropa çempionatına qatılmayan Azərbaycan həndbolçuları bu dəfə də yarışdan kənar qalacaqlar. Formal olaraq yaşayan komandamız 2012-ci ildə sonra beynəlxalq arenadan kənar qalıb. Həmin vaxt da “Çelenc Trofi”də çıxış edən təmsilçimiz qrup mərhələsində mübarizəni dayandırmışdı. Təbii ki, bu siyahıda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları istisnadı. Çünki Avropa və dünya həndbol federasiyaları bu yarışı rəsmi tanımır. Bu səbəbdən də qitədə reytinq xalı olmayan 10 ölkədən biri məhz Azərbaycandı.

 

Avro-2020-nin qrupları isə belədi:

 

1-ci qrup: Almaniya, Polşa, İsrail, Kosovo

2-ci qrup: Xorvatiya, Serbiya, İsveçrə, Belçika

3-cü qrup: Makedoniya, İslandiya, Türkiyə, Yunanıstan

4-cü qrup: Sloveniya, Hollandiya, Latviya, Estoniya

5-ci qrup: Belarus, Çexiya, Bosniya və Herseqovina, Finlandiya

6-cı qrup: Fransa, Portuqaliya, Litva, Rumıniya

7-ci qrup: Macarıstan, Rusiya, Slovakiya, İtaliya

8-ci qrup: Danimarka, Monteneqro, Ukrayna, Farer adaları

0