“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Kəpəz”lə matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavabıandırıb.
- Nə deyə bilərsiniz matçla bağlı?
- Maraqlı oyun keçdi. Gəncədə oynamaq həmişə çətin olur. Komandanın mövqeyindən asılı olmayaraq bu dəyişmir. Qələbə qazanmaq istəyirdik. Topa nəzarət elədik, amma rəqibin standart vəziyyətlərindən bəzi çətinliklər də yaşadıq.
- “Qəbələ” sabah uduzsa, sona beş tur qalmış aradakı xal fərqi 15-ə bərabər olacaq. Demək olar ki, çempionluğu təmin edəcəksiniz...
- Son ana qədər mübarizə aparmaq lazımdı. İndi futbol elədi ki, bir az boşalan kimi sonra toparlanmaq çətin olur.
- Bugünkü oyunun ikinci hissəsində komandada sanki bir az boşalma var idi...
- Qoldan sonra bir balaca oyunu itirdik ilk hissənin sonlarında. Amma ikinci hissədə topa daha çox nəzarət edirdik.
- Standart vəziyyətlər zamanı hava toplarında müdafiəçiləriniz rəqibdən geri qalırdı. Səbəbi nədi bunun?
- Bu həmişə “Kəpəz”in üstünlüyü, bizim isə zəif cəhətlərimizdən biri olub. Onların heyətində başla oynayan yaxşı oyunçular var.
- Ramil Şeydayev bu gün “Qarabağ”da ilk qolunu vurdu. Sanki U-21 millisindən dönəndən sonra bir az artırıb...
- Ramilin qol vurması, keçən tur yaxşı oynaması, düşdüyü vəziyyətlə barışmayıb mübarizə aparması çox sevindirici haldı. Yaxşı oyun praktikası var. Tənbəllik eləmir. Bu gün də bəhrəsini gördü.