[b]“Barselona” 38 oyunluq rekordu 38 il sonra qırdı[/b]
14.04.2018 - 21:41
[b]“Barselona” 38 oyunluq rekordu 38 il sonra qırdı[/b]

İspaniya La Liqasının XXXII turunda öz meydanında “Valensiya” ilə qarşılaşan “Barselona” 2:1 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bununla da kataloniyalılar yeni rekorda imza atıblar.

 

Sonuncu dəfə ötən mövsüm məğlubiyyət acısı yaşayan komanda arıdıcıl 39 matçdı ki, meydanı başıaşağı tərk etmir.

 

Sonuncu məğlubiyyətsiz oyunlar seriyası 38 matçla “Real Sosyedad”a məxsus olub. San-sebastyanlılar 1979-80 ci illərdə 38 görüşdə rəqiblərinə şans verməmişdi.

 

Qeyd edək ki, “Barselona” 39 oyunda 32 qələbə, 7 heç-heçə əldə edibsə, “Real Sosyedad” 22 qələbə, 16 bərabərliyə razılaşmışdı.

0