[b]Araz Abdullayevin komandası evdə xal itirdi[/b]
14.04.2018 - 22:17
[b]Araz Abdullayevin komandası evdə xal itirdi[/b]

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin şərəfini qoruduğu “Anortosis” XXXII turun görüşündə AEK-i qəbul edib.

 

Arazın komandası doğma meydanda 1:1 hesablı bərabərliyə razılaşıb. Həmyerlimiz matça start heyətində başlayıb.

 

Qeyd edək ki, 32 matçda 65 xal toplayan “Anortosis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

0