[b]“Zirə”dən biabırçı məğlubiyyət, “Qəbələ” xal itirdi - YENİLƏNİB[/b]
15.04.2018 - 20:57
[b]“Zirə”dən biabırçı məğlubiyyət, “Qəbələ” xal itirdi - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XXIII turun daha 3 görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, oyunlardan biri paytaxtda, ikisi isə Bakıdan kənarda keçirilib.

 

Mərkəzi qarşılaşma Zirədə baş tutub. Avrokuboklar üçün “döyüşən” “Neftçi” və “Zirə” sonuncuların meydanında üz-üz gəlib. “Ağ-qaralar” tarixi ərzində heç bir çempionat görüşündə məğlub etmədiyi komandaya böyük hesabla qalib gəlib - 3:0. 6 turdu uduzmayan Tərlan Əhmədovun yetirmələri rəqibin enişdə olmasından yararlanaraq seriyasını bir oyun da artırıb. Ayxan Abbasovun komandası isə 2018-ci ilin 9 matçında qələbə nə olduğunu bilmir.

 

“Sumqayıt”la “Keşlə” arasındakı matç da maraqlı olub. Azərbaycan kubokunun yarımfinalında da rəqib olan komandalar 7 günə sığan “üç pərdəlik” mübarizənin ikincisinə çıxıb. Kubokun ilk görüşündə uduzan Samir Abasovun baş məşqçisi olduğu komanda çempionatdakı mövqeyini qorumaq üçün 3 xal qazanıb - 2:1.

 

“Səbail”in “Qəbələ”ylə səfər matçından xalla dönməsi isə turun sensasiyası hesab oluna bilər - 1:1.

 

Topaz Premyer Liqası

XXIII tur

15 aprel (bazar)


“Zirə” – “Neftçi” - 0:3

Qırmızı vərəqə: Urdinov, 50 ("Zirə") - ikinci sarı 

Qollar: Rəhman Hacıyev, 10 (pen.), Herrera, 90, Rəşad Sadiqov, 90+3

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Ömər Paşayev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

“Zirə”: 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 16. İbrahim Aslanlı, 29. Comal Uilyams, 18. Yani Urdinov, 39. Sadiq Quliyev, 43. Riçard Qadze, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 38. İlkin Muradov, 57. Kənan Zülfüqarov, 87. Müşfiq İlyasov, 77. Mirsahib Abbasov, 97. Tapdıq Əhmədov 
Baş məşqçi: Ayxan Abbasov

 

“Neftçi”: 1. Səlahət Ağayev, 6. Rəşad Sadiqov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 93. Soni Mustivar, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 11. İqnasio Herrera, 19. Fransisko Qarsiya, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 97. Elnur Cəfərov, 7. Namiq Ələsgərov, 12. Mayk Kampaz, 9. Lukas Qomes, 10. Derlis Meza Kolli
Baş məşqçi: Tərlan Əhmədov

 

 

“Sumqayıt” – “Keşlə” - 2:1

Qırmızı vərəqə: Məqsəd İsayev, 81 (ikinci sarı)

Qollar: Bəhlul Mustafazadə, 58, Ehtiram Şahverdiyev, 83 - Məqsəd İsayev, 68
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Elşad Abdullayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu

 

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə (k), 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 77. Elnur Abdullayev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

 

“Keşlə”: 1. Kamran Ağayev (k), 14. Andre Klennon, 19. Pablo Podio, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 88. Məmməd Quliyev
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 90. Ebrima Sohna
Baş məşqçi: Yuri Maksimov

 

 

“Qəbələ” – “Səbail” - 1:1

Qollar: Famussa Kone, 82 - Fəhmin Muradbəyli, 55

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu

 

“Qəbələ”: 23. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 10. Ruslan Qurbanov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Urfan Abbasov (k), 74. Yusif Nəbiyev 
Ehtiyat oyunçular: 35. Murad Popov, 66. Sərxan Osmanov, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 14. Cavid Hüseynov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone
Baş məşqçi: Roman Qriqorçuk

 

“Səbail”: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 23. Ayron Stati, 24. Ruslan Əmircanov, 29. Yevgeni Koçuk 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev

 

Turnir cədvəli

 

1.

Qarabağ

23

17

5

1

33-8

56

2.

Qəbələ

23

12

6

5

37-23

42

3.

Sumqayıt

23

11

6

6

31-25

39

4.

Zirə

23

9

8

6

29-24

35

5.

Neftçi

23

10

4

9

31-24

34

6

Səbail

23

5

4

14

15-32

19

7.

Keşlə

23

4

6

13

20-36

18

8.

Kəpəz

23

3

3

17

14-38

12

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12

 

0