[b]Dadaşov yoxdusa, Mahmudov var[/b]
15.04.2018 - 16:02
[b]Dadaşov yoxdusa, Mahmudov var[/b]

“Ayntraxt”ın U-19 komandası gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, frankfurtlular 23-cü tur çərçivəsində səfərdə “Nürnberq”lə qarşılaşıb.

 

Görüş “Ayntraxt”ın məğlubiyyəti ilə başa çatıb – 0:2.

 

“Ayntraxt”dan intizamsızlığına görə kənarlaşdırılan millimizin üzvü Renat Dadaşov artıq komandasının heyətində deyil. Amma Frankfurt təmsilçisində çıxış edən digər futbolçumuz Murad Mahmudov isə görüşə start heyətdə başlayıb və sonadək oynayıb. 

 

Qeyd edək ki, keçirdiyi 22 matçdan sonra aktivində 23 xal olan “Ayntraxt” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

0