[b]Roman Qriqorçuk: Hər şeyə hazıram[/b]
15.04.2018 - 19:46
[b]Roman Qriqorçuk: Hər şeyə hazıram[/b]

“Xal itirməyimiz pis oldu. Belə vəziyyətlərdə həmişə müsbət nə isə axtarmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXIII turunda doğma meydanda “Səbail”lə qarşılaşan əyalət klubu 1:1 hesablı bərabərliyə razılaşıb.

 

Matçdan sonra fikirlərini klub saytına açıqlayan ukraynalı mütəxəssis fikirlərini belə ifadə edib: “İkinci hissədə uzun müddət öz üslubumuzda oynadıq. Belə çıxış etməyimiz ilk dəfə deyil. Buna baxanda əmin oldum ki, belə oynasaq, kubokun finalına yüksəlmək vəzifəsinin öhdəsindən gələcəyik. Oyunla bağlı analiz edəcəyimiz, futbolçularla danışacağımız məqamlar var. Amma ən vacibi odur ki, komanda ayıla bildi və ikinci hissədə aqressiv, sürətli, kəsərli oyun göstərdi. Bu da məni ümidləndirir. Komandada qələbə əzminin azalması ilə mübarizə aparır, bir-birimizə dəstək oluruq. Bugünkü matçda çətin vəziyyətdə, hesabda geri olanda qarşılaşmanın axarını dəyişməyimiz bizə inam verir ki, əvvəlki kimi oynayacağıq. “Neftçi” ilə qarşıdakı yarımfinal oyununda finala vəsiqə qazanmaq, kuboku əldə etmək üçün hər şeyə hazıram. Azarkeşlər, bizə inananlar üçün mümkün olanı edəcəyik”.

0