[b]İngilis dilindəki İtaliya futbolu[/b]
16.04.2018 - 13:53
[b]İngilis dilindəki İtaliya futbolu[/b]

ABŞ-da yaşayan futbol fanatı kimi, bu günlərdə televiziya kanalları vasitəsilə yayımlanan futbol matçlarının sayı məni yaxşı mənada təəccübləndirir. Şənbə, bazar günləri kabel paketimdən ən azı 10 oyun seçib, izləyə bilirəm. Amerikadakı futbol azarkeşləri meydanda baş verənlərlə yanaşı, təqdimatının canlılığı ilə də seçilən Premyer Liqaya daha çox diqqət ayırmağı sevirlər. Periferiya möhtəşəmdi: gözəlliyi, müasirliyi və doluluğu ilə seçilən stadionlar, azarkeşlər... Ancaq hamısından önəmlisi – oyunlar şərhçiliyin səviyyəsinin yüksək olması səbəbindən baxımlıdı.

 

ABŞ-da bütün - 380 Premyer Liqa matçını canlı yayımlayan NBC Böyük Britaniyadakı yayımın eynisini təqdim etməyə bilər, ancaq əvəzində, britaniyalı aparıcıları ilə oyunlara təbiilik qatır. Premyer Liqanı digər Avropa liqalarından fərqləndirən əsas cəhət də budu. İspaniya, Almaniya, Fransa və İtaliya çempionatlarını izləyəndə isə ölkələrin yerli dilinə yox, ingilis dilinə məcbur qalırıq.

 

Demək olar ki, həyatımın yarıdan çoxunu – xüsusilə də orada yaşadığım üç il – italyan futbolunu izləməklə keçirmişəm, ancaq artıq liqa oyunlarını səssiz izləməyə üstünlük verməyə başlamışam. Bu, ingiliscə şərhçiliyin səviyyəsinin pis olması ilə əlaqədar deyil - əslində, pisdi – sadəcə, işlənən sözlər italyan şərhçilərin sözləri ilə müqayisədə, oynanılan futbolla heç uyğunlaşmır. Sanki oyunu izləyən, emosiyalardan məhrum birini dinləyirəm.

 

Məsələ ağıllı müşahidə qabiliyyəti və hisslərin intensivliyi ilə də əlaqədar deyil, sadəcə, italyan dilində istifadə olunan sözlərlə təsvir edilən fəaliyyətlər birə-bir üst-üstə düşür. İtalyanlar hətta oyunu da özlərinə məxsus şəkildə adlandırırlar: “calcio”. Onlar ispanlar (fútbol), fransızlar (le foot) və portuqallardan (futebol) fərqli, latın mənşəli sözdən istifadə etməməyə üstünlük verirlər. İlk italyan dili dərsimdə tələbələrdən biri müəllimdən soruşmuşdu ki, niyə italyanlar futbol ifadələrini işlədərkən ispanlar kimi sadə variasiyalardan istifadə etmirlər. Müəllim gülümsəmədən cavab verdi: “Çünki biz futbolda ispanlardan daha yaxşıyıq”.

 

İtalyan futbolu tez-tez çox dramatik olmasına görə tənqid olunur: futbolçuların özlərini zədəli göstərib, vaxt keçirmələri, hakimi dairəyə almaq və ya epizodları qaçırdıqdan sonra əllərini üzlərinə tutub yerdə qalmaları... Bu tənqidlər əsassız deyil, ancaq İtaliyadakı futbolun dilini nəzərə alanda, oyunun başqa formada olmasını düşünmək çətin hal alır. İtalyancada oyun normal oyundan daha artıq anlamlar ifadə edir: orada futbolçular təkcə qələbə qazanmaq üçün vuruşmurlar, həm də azarkeşlərin rəğbətini qazanmağa çalışırlar.

İtalyancada qol vurulmur, qolun müəllifi olur. Hadisələrin mərkəzində olan futbolçulara “protagonista” (baş qəhrəman) deyilir. Onların problemləri çözmək potensialı olur – “risolvere la partita”. Yaradıcılıq qabiliyyəti ilə tanınan oyunçular fantaziyalarına görə - “fantasia” - ön plana çıxarılırlar. Roberto Bacco kimi əsl əfsanələr isə “maestro” adlanırlar.

İtalyancada oyunçunun pozisiyası (“posizione”) olmur, rolu (“ruolo”) olur. Məşqçilər əksər hallarda matçdan sonrakı mətbuat konfranslarında futbolçuların öz rollarını necə dərk etdikləri və ya komandanın matçı necə anladığı barədə fikirlər səsləndirirlər. Pleymeyker “regista” – rejissor – adlanır, pas alış-verişinə isə “dialoq” deyirlər.

 

İtalyancada qol vurulmur, qolun müəllifi olur. Hadisələrin mərkəzində olan futbolçulara “protagonista” (baş qəhrəman) deyilir. Onların problemləri çözmək potensialı olur – “risolvere la partita”. Yaradıcılıq qabiliyyəti ilə tanınan oyunçular fantaziyalarına görə - “fantasia” - ön plana çıxarılırlar. Roberto Bacco kimi əsl əfsanələr isə “maestro” adlanırlar.

 

Komandanın paslaşması və ya topa sahib olması “fraseggio” sözü ilə ifadə olunur, burada musiqidəki fraza anlayışına işarə vurulur. Oyunçunun individual hərəkəti “numero” (nömrə) sözü ilə ifadə olunur. Əgər futbolçu qərar anında səhv edirsə, buna “pasticcio” (pastiş-başqa birinin tərzindən təsirlənərək, eyni formada ifa etmək/əsər yazmaq), qapıya vurduğu zərbə hədəfə düşürsə, “conclusione” (nəticə), şansı qaçırırsa isə “fallita” (iflas etmək) – italyancada iqtisadi bankrotu təsvir etmək üçün də bu ifadədən istifadə olunur – deyilir.

 

İtalyancada top rəqibdən alınmır, zəbt olunur – “conquistato”. Rəqibə meydan oxumaq “conflicto”du – münaqişə, başa-baş, yəni birə-bir gəlmək isə “duello” – duel. Penalti zərbəsi tərcümədə “dəqiqlik” anlamına gəlir. Bütün bu drama publikanın önündə oynanılır. Bir də, bu publikanın “xor”u olur.

 

Oyun tərzinin dilə uyğunlaşıb, yoxsa əksinə, söz ehtiyatı oyuna uyğunlaşmaq üçün inkişaf edib? – bunu bilmək çətindi. Hər iki halda, bu rəngli şərhçilik heç şübhə yox ki, A Seriyası matçlarına ağırbaşlılıq qatır və birdən-birə meydandakı drama anlam qazanır. Şərhçinin matça verdiyi ən böyük dəyər, işlətdiyi “ “spettacolo” (heyranedici) ifadəsidi. Ötən mövsüm “Napoli”yə uduzan komandalardan birinin baş məşqçisi rəqibinin oyununu simfoniyaya bənzətmişdi – “una sinfonia”.

 

Futboldakı yeni dalğalara gəlincə, italyan şərhçilər əksər hallarda trendləri ifadə etmək üçün digər ölkələrə nəzər salır, xüsusilə də ingilis ifadələrinə üstünlük verirlər. Məsələn, onlardan biri “dribbling”di (driblinq). Ancaq bu söz italyancada feldən çox, isim kimi işlənir. Ona görə də daha çox işlənilən ifadə tərcümədə “driblinq həyata keçirmək” mənasını verir. Eyni şəkildə, “assist” qola yardımçı olmaq deyil, sadəcə, qol şansıdı. Yanlış anlamalar olsun-olmasın, bu neologizmlər “calcio”nun (italyancada futbol) söz ehtiyatına əlavə şarm və özünəməxsusluq qatır.

 

İtaliya A Seriyasının TV ilə bağlı başqa problemləri – boş tribunalar, köhnəlmiş stadionlar da daxil – də var, ancaq mənim üçün əsas çətinlik dil məsələsidi. Bundesliqa, Liqa 1 və La Liqa sevərlər də, yəqin ki, eyni fikirdədilər və onların da bənzər şikayətləri var. İngilis dilli insanların İngiltərə Premyer Liqasına yönəlməsinin əsas səbəbi də budu. Bu qədər oyunun TV-də canlı yayımlanması əladı, ancaq mənim italyan espresso aparatımın hazırladığı kofenin heç vaxt əsl italyan kofesinin dadını verməməsi kimi, bu futbol matçları da dil mövzusuna görə əsl anlamlarını itirirlər. Nələrsə çatışmır, mən isə sakitlikdə udum-udum kofemi içirəm...

 

Yazar: Sem Qrisvold (These Football Times)

Tərcümə: Rüfət Məcid (Apasport.az)

0