[b]Neymar nə vaxt qayıdır?[/b]
16.04.2018 - 14:05
[b]Neymar nə vaxt qayıdır?[/b]

Braziliya yığmasının və PSJ-nin superulduzu Neymar hələ bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu hücumçu özü bildirib.

 

26 yaşlı futbolçu ən yaxşı halda mayın ikinci yarısında kollektivə qoşulacağını söyləyib: “Sağalmağım üçün daha bir aya ehtiyacım var. Artıq heç bir ağrı hiss etmirəm. Buna görə də sağalma prosesinin sürətlə getdiyini deyə bilərəm. Xüsusi ayaqqabısız hələ rahat gəzə bilmirəm. Ancaq hər şey plana uyğun gedir. Bununla paralel trenajor zalında məşqlərimi də edirəm”.

 

Qeyd edək ki, fevralın sonlarında zədələnən Neymar cərrahiyyə əməliyyatı olunmuşdu.

0