[b]XXV turun təyinatları açıqlandı[/b]
16.04.2018 - 14:16
[b]XXV turun təyinatları açıqlandı[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında XXV turun təyinatları açıqlanıb. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, aprelin 17-də keçiriləcək turun ilk qarşılaşmasının baş hakimi Yusif Nurullayev olacaq.

 

O, "Araz" - "İtaldizain Futsal" oyununa təyinat alıb. "Yasamal" FK - "Marafon Futsal" matçında Elçin Məmmədov, "Xəmsə" - "Neftçi" İK görüşündə Elçin Səmədli ədaləti qoruyacaq.

 

Qeyd edək ki, turun oyunları Bakı İdman Sarayında keçiriləcək.

 

Yüksək Liqa

XXV tur

17 aprel

12:30. "Araz" - "İtaldizain Futsal" 

Hakimlər: Yusif Nurullayev, Azad Hüseynov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı İdman Sarayı

 

14:30. "Yasamal" FK - "Marafon Futsal"

Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspektor: Murad Məmmədov
Bakı İdman Sarayı

 

16:15. "Xəmsə" - "Neftçi" İK
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Aslan Həsənov

Bakı İdman Sarayı

0