[b]“O gündən bəri Messi ilə yaxın dostuq” [/b]
16.04.2018 - 14:51
[b]“O gündən bəri Messi ilə yaxın dostuq”  [/b]

“PSJ-nin hücümçusu Neymar keçmiş komanda yoldaşı olan Lionel Messi ilə dostluğundan danışıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu Leonun çətin günlərdə ona verdiyi dəstəkdən danışıb:

 

“Oyunlardan birinin fasiləsində Messi mənim ağladığımı gördü. İlk hissədə oyunum heç alınmırdı. Leo mənə yaxınlaşdı və dedi: “Özün olmalısan. Öz futbolunu oyna və heç nədən qorxma.

 

Komandada bu qədər ulduzun olması məni məyus edirdi. Hətta bəzən utandığım da olurdu. Messi ilə anışdıqdan sonra rahatladım, özgüvənim geri qayıtdı və o gündən bəri Leo ilə yaxın dostuq”.

0