[b]Natalya Məmmədova finala məğlubiyyətlə başladı[/b]
17.04.2018 - 09:22
[b]Natalya Məmmədova finala məğlubiyyətlə başladı[/b]

Qadın voleybolçular arasında Rusiya Superliqasında final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su həlledici görüşdə Moskva “Dinamo”su ilə üz-üzə gəlib.

 

Tatarıstanın paytaxtında baş tutan görüş təmsilçimizin komandası üçün uğursuz alınıb. Kazanlılar ilk dueldə 0:3 (23:25, 20:25, 22:25) hesabı ilə məğlub olublar. Məmmədova görüşdə 4 xal yığıb.

 

Komandalar arasında ikinci görüş bu gün olacaq. Bu matç da Kazanda keçiriləcək.

0