[b]Avroliqa: Pley-off mərhələsinə start verilir[/b]
17.04.2018 - 09:37
[b]Avroliqa: Pley-off mərhələsinə start verilir[/b]

Kişi basketbolçuların Avroliqa turnirində pley-off mərhələsinin oyunlarına start verilir. Apasport.az saytının məlumatına görə, bu gün 2 görüş keçiriləcək.

 

Moskva MOİK-i “Ximki”ni qəbul edəcək. Günün bir digər matçında isə “Panatinaikos” Madrid “Real”ı ilə qarşılaşacaq.

 

Avroliqa

 

Pley-off mərhələsi

 

21:00. MOİK (Rusiya) – “Ximki” (Rusiya)

 

22:15. “Panatinaikos” (Yunanıstan) – “Real” (İspaniya)

 

Qeyd edək ki, seriyaların gedişində ən tez 3 qələbə qazanan komandalar “Dördlər finalı”na vəsiqəni təmin edəcəklər. “Dördlər finalı” 18-20 may tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

0