[b]Macarıstan yığması Bakıya gəlir[/b]
17.04.2018 - 11:05
[b]Macarıstan yığması Bakıya gəlir[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, millimiz Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə üz-üzə gələcək.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamızın bu qarşılaşması iyunun 8-də keçiriləcək. Oyun Bakıda baş tutacaq.

 

Qeyd edək ki, millimiz bundan 4 gün əvvəl - iyunun 4-də Astanada Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

 

Mənbə: affa.az

0