AFFA Abbasovla Abasovu cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları və Topaz Premyer Liqasının XXIII turunun matçlarında yaşananlar müzakirə olunub.

 

Kubokun “Qəbələ” – “Neftçi” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib. 3 dəqiqə sonra qonaqların azarkeşləri eyni hərəkət etdiyindən bakılılar da 800 manat ödəyəcək.

 

Kubokun “Keşlə”ylə səfər matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırılıb ki, buna görə də 1 oyun cəzalanıb,  klubunu 800 manat ziyana salıb.

 

Premyer Liqasının “Sumqayıt” – “Keşlə” görüşündə qırmızı vərəqə alan qonaqların futbolçusu Məqsəd İsayev 1 oyunluq cəzalanıb, klubunu 200 manat xərcə salıb.

 

“Qəbələ” – “Səbail” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan əyalət təmsilçisi 800 manat cərimələnib. “Kəpəz” – “Qarabağ” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri də eyni məbləği ödəyəcək. Oyunun 37-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat ziyana düşüb.

 

“Zirə” – “Neftçi” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Matçın 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Yani Urdinov qırmızı vərəqə alıb ki, bu da onun 1 oyunluq cəzalanmasına, klubunun 200 manat cərimələnməsinə səbəb olub. Oyunun 85-ci dəqiqəsində texniki zonadan kənarlaşdırıan lmeydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov 1 oyun cəzalanıb və zirəliləri 800 manat ziyana salıb.

 

Ona fevralın 21-də verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib, ona 6 ay sınaq müddəti verilmişdi. Bu müddət ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib və çalışdırıcı ümumilikdə 4 oyunluq cəza alıb.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10