Ayxan Abbasov: Hədlərini aşdılar, cavablarını verdim

“Zirə”nin baş məşqçisi Ayxan Abbasovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XXIII turunda “Neftçi” ilə keçirilən görüşün (0:3) son dəqiqələrində texniki zonadan uzaqlaşdırıldığınız üçün 1 oyunluq cəzalandırıldınız və əvvəldən qalan 3 matçlıq şərti cəza qüvvəyə mindi. Bunu gözləyirdinizmi?
- Nə edə bilərik? Səhv etmişik, cəzalanmışıq. Futbolda belə hallar olur. Çalışacağıq qalan 5 oyunda yaxşı nəticələr göstərək.
- Etiraz etdiyiniz anda 6 aylıq sınaq müddətini, deyəsən, unutmuşdunuz...
- Bilirsiniz, kənardan asan görünə bilər. Mən də özümü qınayıram ki, bunu etmək lazım deyildi. Amma çox səbir etmişəm. Azarkeşlər artıq təhqirə keçəndə dözə bilmədim. Özümü bu sözlərə layiq görmədim. Azarkeşlərdən dəstək gözləyirdim. 85-ci dəqiqə idi, qol imkanlarımız oldu, istifadə edə bilmədik. Hiss edirdim ki, qol vura bilərik. Uşaqlar 10 nəfərlə qalmalarına baxmayaraq, həddən artıq əziyyət çəkdilər. Belə hallar futbolçulara təsir edir. “Səbail”lə görüşdə də bu hadisə başımıza gəlmişdi. Həmin vaxt azarkeşlərlə görüşdüm. Dedim ki, indi getməyimizlə problem həll olunmur, avrokuboka şansımız davam edir, sona qədər mübarizə aparacağıq. Onlardan yalnız dəstək istəyirdim. Heç nədən xəbəri olmayan 15-20 nəfər gəlib təhqiramiz ifadələr işlədirlər. Azarkeşlərə həmişə hörmət edirik. “Zirə”yə gəldiyim gündən onlarla tez-tez görüşürəm, söhbətlər aparıram. Belə olmasını mən də istəməzdim. Amma futbolda böyük klublar bu halla üzləşirsə, biz nə edə bilərik? Sadəcə, gördüm ki, hədlərini aşırlar, cavab vermək məcburiyyətində qaldım. Ancaq olmamalı idi. Bu, mənim üçün heç də yaxşı hal deyil, hərəkətimlə fəxr etmirəm. Mən də səhv edə bilərəm, bundan nəticə çıxarmağa çalışacam.
- Klubun və sizin adınız ətrafında son vaxtlar çox söz-söhbətlər yayılır. Özünüzdən çıxmağınızda bunların təsiri oldumu?
- 9 oyundu qələbə qazana bilmirik, müxtəlif söz-söhbətlər çıxır. Çalışırdım son vaxtlar mətbuatda çıxan yazıları oxumayım. Allaha şükür, rəhbərlik həmişə arxamdadı, mənə dəstək olur. Bu vəziyyətdən çıxmağın yollarını birlikdə axtarırıq, tez-tez müzakirə edirik. Uğursuzluq ola bilər. Amma həyatın sonu deyil, vuruşmaq lazımdı. Bəzi qüvvələr bunu bilərəkdən edir, klubdaxili problemlər yaratmağa çalışır. Mən özüm futbolçularıma meydanda sakit olmağı, qırmızı vərəqə almamağı tapşırıram. Ancaq görürsən ki, nə qədər çalışsan da, təsiri olur.
- 4 oyunluq diskvalifikasiya olunmağınız o deməkdi ki, yalnız son turda texniki zonada yerinizi tuta biləcəksiniz. Üstəlik, komanda da uğursuz çıxış edir. Sizin cəzalanmağınız oyunçulara əlavə problem yarada bilərmi?
- Bu gün futbolçularla söhbət etdim. İnanıram ki, mənim texniki zonada olmamağım onlara mənfi təsir etməz. Komandada bacarıqlı, təcrübəli məşqçilər var. Futbolçulardan tələbim o oldu ki, sona qədər mübarizə aparsınlar, təslim olmasınlar. Düzdü, 9 oyundu qələbə qazana bilmirik, ancaq yenə də Avropa Liqasına vəsiqə qazanmaq şansımız davam edir. Uşaqlara bildirdim ki, deməli, biz yenə yüksəlişə keçib, hədəfimizə çata bilərik. 9 oyun qalib gəlməməyin fonunda avrokuboka vəsiqə şansımızı qorumağı bacarmaq futbolçuların çəkdiyi zəhmətin nəticəsidi. 3-4 nəfərin sözü ilə həvəsdən düşmərik.
- Qış fasiləsindən sonra komanda uğursuz çıxış edir. Baş məşqçisiz bu tilsimi qırmaq daha da çətin olmayacaq?
- Bu gün mən təslim olsam, komanda da təslim olar. Yaxşı kollektivimiz var. Bir müddətdi qələbə qazana bilmiriksə, buna görə futbolçuları qınamağın yeri yoxdu. Çünki belə hallar olur. Çalışırıq bu tilsimi qıraq. Bunu bir dəfə bacarmışıqsa, niyə də yenidən təkrarlamayaq? “Zirə”nin son illərdəki uğurlarına heç kim kölgə sala bilməz. Kimsə bunu görmək istəmirsə, öz işidi. Rəhbərlik gözəl kollektiv yaradıb. Üç ildi iddialılar sırasındayıq. Maliyyə cəhətdən bizdən qat-qat yaxşı olan komanda var ki, bu nəticəni verə bilmir. Təbii ki, bizim də səhvlərimiz olub. Bunları aradan qaldırmağa çalışacağıq.
- “Zirə” azarkeşləri əvvəllər sizə həmişə dəstək verirdilər. Düşünmürsünüz ki, birdən-birə əleyhinizə şüarlar səsləndirmələri planlaşdırılmış işdi?
- Bunu deyə bilmərəm. Azarkeşlərlə həmişə səmimi olmuşam. Görəndə deyirlər ki, bu durumdan birlikdə çıxacağıq, sizi daim dəstəkləyəcəyik. “Qarabağ”la matçdan etibarən bəziləri əleyhimizə şüarlar səsləndirməyə başladı. “Səbail”lə görüşdə də bunu etdilər. Ancaq belələrinin sayı azdı. Azarkeşlər var ki, komanda üçün can yandırırlar, məşqlərimizə gəlirlər, uduzanda ağlayırlar. Hər matçdan sonra gəlib bizə ürək-dirək verirlər. Birinci dəfə Avropa Liqasında “Astra” ilə evdə heç-heçə edəndə tənqidlərin olduğunu görmüşdüm. Feysbukda nə gəldi yazırdılar. Halbuki hələ ilk görüş idi, məğlub olmamışdıq. Qalib gələndə gizlənənlər uduzanda üzə çıxırlar. Bilmirəm bunlar klubu sevənlər, yoxsa pisliyini istəyənlərdi? Ancaq “Zirə” ilə yaşayan azarkeşlər var. Onlarla həmişə görüşür, dəstəklərini də görürəm.
Ruslan SADIQOV
-
20:31 | 26 Aprel 2018“Arsenal” “Atletiko”ya, “Marsel” “Zalsburq”a qarşı - YENİLƏNİR
-
20:14 | 26 Aprel 2018Azərbaycanlılardan heç-heçə, Karlsen zirvədə - YENİLƏNİB
-
20:03 | 26 Aprel 2018AÇ: “Bürünc” də əldən çıxdı - YENİLƏNİB
-
19:36 | 26 Aprel 2018Birinci divizionda İnqilab!
-
19:25 | 26 Aprel 2018TPL: XXV turun hakim təyinatları açıqlandı
-
18:49 | 26 Aprel 2018“Bakı trekinin uzunluğu həm bolidləri, həm də pilotları böyük sınağa çəkir” - FOTO
-
18:23 | 26 Aprel 2018"Şahmatçılarımıza qarşı oynaya bilmirəm" - Şəhriyar Məmmədyarov
-
18:08 | 26 Aprel 2018“Bakı trekində ötmə üçün daha çox imkan var” - Daniel Rikkardo
-
17:54 | 26 Aprel 2018“Şüvəlan” büdrədi, “Sabah”dan darmadağın
-
17:44 | 26 Aprel 2018İbrahimoviç dünya çempionatında olmayacaq
-
17:16 | 26 Aprel 2018“İstənilən şəraitdə gərək özünü ələ almağı bacarasan” - Teymur Rəcəbov
-
17:01 | 26 Aprel 2018"Bavariya" və Almaniya millisi üçün ağır itki
-
16:56 | 26 Aprel 2018“Real”ın müdafiəçisi “Bavariya” ilə oyunu buraxacaq
-
16:54 | 26 Aprel 2018Məşqçisinin yatağına dəvət edilən idmançı: Ayaqlarımı tumarladı
-
16:35 | 26 Aprel 2018NBA-da növbəti məşqçi ayrılığı
-
16:14 | 26 Aprel 2018NBA: Gecənin ən yaxşı 10 hərəkəti - VİDEO
-
15:56 | 26 Aprel 2018Vengerin yerinə alman namizəd
-
15:52 | 26 Aprel 2018“Real” “Siti”nin ulduzlarına görə kassanı açdı
-
15:51 | 26 Aprel 2018"ShamkirChess 2018"də VII tur - FOTOSESSİYA
-
15:08 | 26 Aprel 2018“Formula-1” pilotları “Niva”da - FOTO
-
15:05 | 26 Aprel 2018“Kəpəz” TPL-lə vidalaşır?
-
14:26 | 26 Aprel 2018“Formula-1”: Azərbaycan Qran-prisi start götürür
-
14:24 | 26 Aprel 2018AÇ-2024-ə daha bir namizəd
-
13:48 | 26 Aprel 2018“Liverpul”dan “Real”a – Salah satılmır!
-
13:25 | 26 Aprel 2018Lebron Ceyms Maykl Cordanı geridə qoydu
-
13:18 | 26 Aprel 2018Azərbaycan millisində 26 futbolçu
-
13:11 | 26 Aprel 2018Ən yaxşı kimdi: Salah, yoxsa Marselo?
-
13:10 | 26 Aprel 2018Yığmamız beynəlxalq turnirə qatılacaq
-
12:31 | 26 Aprel 2018Futbolçuluqdan məşqçiliyə - Pep Qvardiola
-
12:15 | 26 Aprel 2018“Bavariya”-“Real” matçından sonra: Sadəlövh idik
-
12:12 | 26 Aprel 2018“Barcelona Open”: Cokoviç turnirlə vidalaşdı
-
11:23 | 26 Aprel 2018Biabırçılıq: Bakı Futbol Liqasında tanışların “sarı”ları pozulurmuş
-
11:15 | 26 Aprel 2018Asan gəzinti
-
11:12 | 26 Aprel 2018“Bavariya”nı ardıcıl 6 dəfə məğlub edən yeganə komanda
-
11:09 | 26 Aprel 2018Karlo Ançelotti oğlunu da yığmaya gətirir
-
10:43 | 26 Aprel 2018Millimiz yenə uduzdu - FOTOSESSİYA
-
10:31 | 26 Aprel 2018UEFA yoldaşlıq oyunlarının vaxtını açıqladı
-
10:26 | 26 Aprel 2018NHL: Sonuncu vəsiqə “Boston”a qismət oldu
-
10:24 | 26 Aprel 2018NBA: “Klivlend” son saniyədə sevindi, “Hyuston” yarımfinalda - VİDEO
-
10:21 | 26 Aprel 2018Avroliqa: “Real” seriyada önə keçdi, MOİK uduzdu - VİDEO
1. |
Qarabağ | 24 | 18 | 5 | 1 | 34-8 | 59 |
2. |
Qəbələ |
24 | 12 | 6 | 6 | 37-24 | 42 |
3. |
Sumqayıt | 24 | 11 | 6 | 7 | 31-26 | 39 |
4. |
Neftçi |
24 | 11 | 4 | 9 | 32-24 |
37 |
5. |
Zirə |
24 |
9 | 8 | 7 | 30-26 | 35 |
6 |
Keşlə | 24 | 5 | 6 | 13 | 22-37 | 21 |
7. |
Səbail |
24 |
5 | 5 | 14 | 16-33 | 20 |
8. |
Kəpəz |
24 | 3 | 4 | 17 | 15-39 | 13 |
-
23:05 | 23 Aprel 2018“Fənərbaxça”dan böyükhesablı qələbə - YENİLƏNİB
-
00:37 | 25 Aprel 2018ÇL: Yarımfinal 7 qolla başladı - YENİLƏNİB
-
01:00 | 24 Aprel 2018Premyer Liqa: son matçda 1 qol - YENİLƏNİB
-
00:38 | 26 Aprel 2018“Real”dan əzmkar qələbə - YENİLƏNİB
-
20:38 | 25 Aprel 2018“Neftçi” və “Yasamal” kubokda mübarizəni dayandırdı - YENİLƏNİB
-
14:41 | 25 Aprel 2018Tərlan Əhmədov: Getsin, qalsın?
-
13:55 | 24 Aprel 2018Məhəmməd Salahın hekayəsi – Öz sözləri ilə
-
12:29 | 24 Aprel 2018“Beşiktaş”ın Azərbaycan planı: Ronaldonu Bakıya gətirmək istəyir
-
13:13 | 24 Aprel 2018Klublarımızı Avropa Liqasında gözləyənlər
-
12:25 | 25 Aprel 2018Aqolli üçün ən təhlükəli futbolçular: Onunla feyr-pley çərçivəsində mübarizə aparmışıq - MÜSAHİBƏ