[b]“Barselona”nın futbolçusu Avropa klublarının maraq dairəsində[/b]
17.04.2018 - 15:50
[b]“Barselona”nın futbolçusu Avropa klublarının maraq dairəsində[/b]

“Barselona”nın qolkiperi Yasper Sillessen mövsümün sonunda komandasını dəyişə bilər. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, “Liverpul”, “Atletiko” və “Napoli” hollandiyalı qapıçı ilə yaxından maraqlanırlar.

 

Sillessen ancaq əsas heyətdə yer alacağı klublardan birinə yollanmaq istəyir, əks təqdirdə, onun “Barselona”dan ayrılmaq niyyəti yoxdu.

 

28 yaşlı qolkiperin “Barselona” ilə olan müqaviləsi 2021-ci ilin yayında bitir. Sillessenin sərbəst qalma məbləği 60 milyon avro təşkil edir.

0