[b]“Tanrıya şükür etdim ki, orada deyiləm” [/b]
17.04.2018 - 16:52
[b]“Tanrıya şükür etdim ki, orada deyiləm” [/b]

“Milan”ın müdafiəçisi Leonardo Bonuççi “Real” – “Yuventus” (1:3) oyununun son dəqiqələrində baş verənlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu “Yuventus”un hakim qərarına baxmayaraq, səviyyəsini nümayiş etdirdiyini deyib: “Santyaqo Bernabeu” səfərində üç qol vurmaq hər zaman baş verən bir şey deyil. “Yuventus” son dəqiqələrdə baş verən mübahisəli epizod səbəbindən məğlub olsa da, səfərdə nümayiş etdirdiyi futbolla səviyyəsini ortaya qoydu.

 

Belə şeylər olur, ancaq penalti qərarı verildiyi anda orada olmadığım üçün tanrıya şükür etdim. Çünki sona qədər mübarizə apardıqdan sonra belə bir penalti təyin olunsa, mən də özümü itirə bilərəm”.

 

Bonuççi “Milan”dakı gedişata da toxunub: “Mövsümün əvvəllərində etdiyimiz səhvlərdən dərs almır, özümüzü inkişaf etdirə bilmirdik. Ancaq zaman keçdikcə püxtələşərək, komanda ruhu qazandıq. Qattuzonun gəlməsiylə müdafiə baxımından çox “artırmışıq”. Belə bir komandaya kapitanlıq etməkdən və təcrübələrimi gənc oyunçularla bölüşməkdən çox məmnunam”.

0