[b]Azərbaycan çempionu 16-da dayandı[/b]
17.04.2018 - 19:34
[b]Azərbaycan çempionu 16-da dayandı[/b]

Bu gün futzal üzrə Yüksək Liqada XXV turun oyunları keçirilib. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, çempionluğu təmin etmiş “Araz” 2018-ci ildə ilk, cari mövsümdə isə ikinci dəfə meydanı qələbəsiz tərk edib.

 

Belə ki, “İtaldizain Futsal”la oyunda hesabı lider açsa da, sonradan məğlub duruma düşüb. Alesionun yetirmələrinin gücü ancaq bərabərlik qolunu vurmağa yetib - 2:2.

 

“Araz” cari çempionatda ilk xal itkisi ilə I dövrədə üzləşib. Ötən il noyabrın 8-də Bakı idman Sarayında VI tur çərçivəsində “Neftçi” ilə keçirilmiş oyunda da 2:2 hesabı qeydə alınıb. Sonrakı 15 oyunun hamısında qalib gələn Alesionun yetirmələrinin uğurlu seriyası 16-da dayanıb.

0