[b]Premyer Liqa: son matçda 1 qol - YENİLƏNİB[/b]
24.04.2018 - 01:00
[b]Premyer Liqa: son matçda 1 qol - YENİLƏNİB[/b]

İngiltərə Premyer Liqasında XXXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsindəki 9 qarşılaşma ilə yanaşı, XXXI turdan təxirə salınan bir matç da baş tutub.

 

Turun açılış oyununda “Tottenhem” səfərdə “Brayton”un qonağı olub və xal itkisi ilə üzləşib.

 

Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparan “Mançester Yunayted” isə “Bornmut”un qonağı olub və evinə 3 xalla dönüb.

 

Avrokuboklara vəsiqələrə iddialılar “Bernli” və “Çelsi” XXXI turdan təxirə salınan oyunda üz-üzə gəlib. "Zadəganlar" səfərdə rəqibini məğlubiyyətə uğradıb.

 

Autsayder "Vest Bromviç"lə səfərdə qarşılaşan "Liverpul" 1 xalla kifayətlənməli olub.

 

Qeyd edək ki, XXXV turun təxirə salınan “Çelsi” – “Haddersfild” matçı mayın 9-da keçiriləcək.

 

İngiltərə Premyer Liqası

XXXV tur

 

17 aprel

“Brayton” – “Tottenhem” - 1:1

Qollar: Dunk, 11 - Keyn, 48

 

18 aprel

“Bornmut” – “Mançester Yunayted” – 0:2
Qollar:
Smollinq, 28, Lukaku, 70

 

19 aprel

“Lester” – “Sauthempton” - 0:0

 

“Bernli” – “Çelsi” - 1:2 (XXXI turdan təxirə salınan oyun)

Qollar: Barnes, 64 - Lonq, 20 (avtoqol); Moses, 69

 

21 aprel

“Vest Bromviç” – “Liverpul” - 2:2

Qollar: Livermor, 79; Rondon, 88 - İnqs, 4; Salah, 72

 

“Uotford” – “Kristal Pelas” - 0:0

 

22 aprel

“Arsenal” – “Vest Hem” - 4:1

Qollar: Monreal, 51, Remzi, 82, Lakazet, 85, 89 - Arnautoviç, 64

 

“Stok Siti” – “Bernli” - 1:1

Qollar: Ndiaye, 11 - Barns, 62

 

“Mançester Siti” – “Suonsi” - 5:0

Qollar: David Silva, 12, Sterlinq, 16, De Bröyn, 54, Bernardo Silva, 64, Qabriel Jesus, 88

 

23 aprel

“Everton” – “Nyukasl” - 1:0

Qol: Uolkot, 51

 

Turnir cədvəli

 

1.

Mançester Siti 

34

29

3

2

98-25

90

2.

Mançester Yunayted

34

23

5

6

65-26

74

3.

Liverpul

35

20

11

4

80-37

71

4.

Tottenhem

34

20

8

6

66-31

68

5.

Çelsi

34

19

6

9

59-34

63

6.

Arsenal

34

17

6

11

66-46

57

7.

Bernli

35

14

11

10

35-32

53

8.

Everton

35

12

9

14

40-54

45

9.

Lester

34

11

11

12

49-47

44

10.

Nyukasl

34

11

8

15

35-43

41

11.

Bornmut

35

9

11

15

41-58

38

12.

Uotford

35

10

8

17

42-60

38

13.

Brayton

34

8

12

14

32-47

36

14.

Kristal Pelas

35

8

11

16

36-54

35

15.

Vest Hem

34

8

11

15

42-63

35

16.

Haddersfild

34

9

8

17

27-54

35

17.

Suonsi

34

8

9

17

27-51

33

18.

Sauthempton

34

5

14

15

33-53

29

19.

Stok Siti

35

6

11

18

32-65

29

20.

Vest Bromviç

35

4

13

18

29-54

25

 

Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 31 qol

0