[b]Finalın adı: “Qəbələ” – “Keşlə” - YENİLƏNİB[/b]
18.04.2018 - 21:52
[b]Finalın adı: “Qəbələ” – “Keşlə” - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində iki qarşılaşma finalçıların adlarına aydınlıq gətirib.

 

“Keşlə” evdə qazandığı 1:0 hesablı qələbədən sonra Sumqayıtda eyniadlı komandanın qonağı olub. 1:1 hesablı bərabərliyə nail olan Bakı klubu finala yüksələn ilk komanda olub.

 

Digər qarşılaşmada isə Tərlan Əhmədovun çalışdırdığı “Neftçi” Qəbələdəki 2:1 hesablı qələbənin revanşında eyniadlı komandanı qəbul edib. Roman Qriqorçukun rəhbərlik etdiyi əyalət klubu böyük əzmkarlıq göstərərək 3:1 hesabı ilə qalibiyyət əldə edib və finala çıxan ikinci komanda olub. 

 

Azərbaycan kuboku

Yarımfinal

Cavab oyunları

18 aprel

 

“Neftçi” – “Qəbələ” - 1:3

Qollar: Mustivar, 10 - Dabo, 21, 30, Cavid Hüseynov, 61 (pen.)

Qaçırılan penalti: Monroz, 85 ("Qəbələ") - kənar

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev 
AFFA nümayəndəsi: Namiq  Məstanov
Hakim-inspektor: Əli  Hüseynov

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyunu – 2:1

 

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov , 10. Derlis Meza Kolli, 93. Soni Mustivar, 11. İqnasio Herrera, 7. Namiq Ələsgərov, 9. Lukas Qomes
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 97. Elnur Cəfərov, 17. Rəhman Hacıyev, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya, 8. Emin Mahmudov
Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 16. Omar Malone, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk

 

“Sumqayıt” – “Keşlə” - 1:1

Qollar: Cavid İmamverdiyev, 64 - Sezar Meza Kolli, 62

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov 
AFFA nümayəndəsi: Eldəniz  Musayev
Hakim-inspektor: Məlik  Həsənov

Sumqayıt. Şəhər stadionu

İlk oyun – 0:1

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov

Məşqçi: Seymur Rəhimov

“Keşlə”: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev

Baş məşqçi: Yuri Maksimov

0