[b]“Beşiktaş”dan ilk transfer[/b]
17.04.2018 - 20:27
[b]“Beşiktaş”dan ilk transfer[/b]

Superliqada çempionluq mübarizəsini davam etdirən “Beşiktaş” transfer çalışmalarına da başlayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “qara qartal” artıq ilk keçidini həll edib.

 

Talişkanın müqavilə ilə məxsus olduğu “Benfika”ya qayıtmaq, Rikardo Kuarejmanın isə Çin klublarından birinə keçmək ehtimalını nəzərə alan İstanbul nəhəngi boşluqları indidən doldurmağa başlayıb.

 

Yayda Türkiyəyə köçməsi gözlənilən ilk oyunçu Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Bernarddı. Ukrayna klubu ilə yayda başa çatacaq müqavilə müddətini yeniləməyəcəyini açıqlayan Braziliya millisinin üzvü “Beşiktaş”la ilkin razılıq əldə edib. Hücumameylli futbolçu türklərin ilinə 3,5 milyon avro maaş olmaqla 4 illik müqavilə təklifinə “hə” cavabını verib. 26 yaşlı oyunçu çox güman ki, mövsüm bitdikdən sonra münasibətləri rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Bernard 2013-cü ildən “Şaxtyor”un formasını geyinir.

0